AZ

Azər Həşimov “Karvan Yevlax”dan ayrılmayıb? belə açıqladı

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Mövsümün startından xaos yaşayan “Karvan-Yevlax”da sular hələ də bulanıqdı. Komanda baş məşqçisi Azər Həşimov rəsmi şəkildə yolları ayırmayıb, bu yöndə heç bir açıqlama yoxdu, amma yevlaxlıları meydana Füzuli Məmmədov çıxarır.Bəs Azər Həşimov hardadı? Komanda ilə bir yerdədi, yoxsa artıq ayrılıb? Suallara gənc mütəxəssis özü cavab verdi:

“Klubun icraçı direktoru Turan Manafov mənə məktub göndərmişdi ki, nə yaxşı məşqdə deyilsən? Mən də getdim. Bəli, qeyri-rəsmi ayrılmışıq. Amma hazırda “Karvan-Yevlax”ın baş məşqçisiyəm. İndi də yoldayam, gedirəm. Komandanın oyununda da, çox güman, stadionda olacam”.

...Əslində Azər bəyin açıqlamasından heç nə anlaşılmır. Sadəcə, tarixdə qalsın deyə, yazdıq.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
icma.az

2Mənbələr