AZ

Maradonanın küçədə etdiyi gözlənilməz zarafatın görüntüləri illər sonra yayımlandı VİDEO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Argentinanın və dünya futbolunun əfsanəsi Dieqo Maradonanın illər əvvəl televiziya şousu üçün iştirak etdiyi maraqlı zarafat epizodu yenidən xatırlanıb.

İdman.Biz xəbər verir ki, Maradona mobil telefonların hələ yeni yayıldığı dövrdə bir TV-şou üçün küçədə gəzərək yüksək səslə “telefonla danışırmış kimi” ətrafdakı insanlara müraciət edib. O, sanki qarşısındakı şəxsə yox, telefonun o başındakı adama səslənirmiş kimi davranıb.

Yoldan keçənlər isə bu səslənmələrin onlara ünvanlandığını düşünərək dönüb baxıb, vəziyyəti anlayanda isə böyük təəccüb və çaşqınlıq yaşayıblar.

Sosial eksperiment formatında çəkilən həmin kadrlar Maradonanın təkcə futbol meydanında yox, gündəlik həyatda da nə qədər fərqli və şən xarakterə sahib olduğunu nümayiş etdirib. Hadisəni görən insanların reaksiyaları isə sonradan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bu görüntülər illər keçsə də, Maradonanın qeyri-adi zarafatları və xarizması ilə bağlı xatirələrin hələ də aktuallığını qoruduğunu göstərir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr