Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin davam etdirilməsi və bu istiqamətdə atılan addımlar hər iki dövlətin siyasi iradəsini nümayiş etdirir”.Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.O qeyd edib ki, davosda keçiriləcək panel müzakirələri mühüm əhəmiyyət daşıyır:“Sülhün irəlilədilməsi üçün qarşılıqlı anlaşma və diplomatik təmasların qurulması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan müzakirələrdə Azərbaycan Prezidenti və Ermənistan Təhlükəsizlik Şurasının katibinin iştirak edəcəyi gözlənilir. Bu da tərəflər arasında birbaşa və açıq dialoqun formalaşdığını göstərir. Bu cür təmaslar regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün vacib addımlardandır. Belə formatda keçirilən müzakirələrin yalnız üçüncü ölkələrdə deyil, gələcəkdə həm Azərbaycanda, həm də Ermənistanda təşkil olunması mümkündür. Artıq bu istiqamətdə lazımi siyasi mühit formalaşır. Panel çərçivəsində Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və digər regional məsələlərin də müzakirə olunacağı gözlənilir. Bu, regionda uzunmüddətli sülhə nail olmaq üçün önəmli platformalardan biri kimi çıxış edir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.