AZ

TDT-nin Baş katibi: Təşkilata üzv olan ölkələr böyük iqtisadi potensiala malikdirlər  

Azərbaycanın sədrliyi ilə keçirilən bu iclas, şübhəsiz ki, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığımızı daha da gücləndirməklə təşkilatımıza mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı altında keçirilən TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

TDT-yə üzv olan ölkələrin böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdıran Baş katib deyib: "2024-cü ildə ümumi həcm ÜDM 2,1 trilyon dolları keçmiş, ümumi ticarət həcmi isə 1,1 trilyon dollara çatmışdır. Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında xarici və daxili ticarətin payı hazırda bu ümumi həcmin təxminən 850 milyard ABŞ dolları ilə müqayisədə 7 faizini təşkil edir. Bu göstərici bir neçə il əvvəl cəmi 3 faiz idi. Bu davamlı böyümə dinamikası olduqca ürəkaçandır. Bu rəqəmlər yalnız statistika deyil, həm də dinamizmi əks etdirir".

Seçilən
24
1
azerbaijan-news.az

2Mənbələr