AZ

Ötən ay Chrome Azərbaycanda ən populyar brauzer olub

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın internet bazarında bu ilin noyabr ayında “Google Chrome”un bazar payı 82.75% təşkil edib. Bu isə onu ölkədə ən populyar brauzer edib. 

Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, cari ilin oktyabr ayında bu göstərici 81,29%, sentyabrında isə 79.63% təkil edib.

“Safari” brauzerinin bazar payı noyabrda 7.29% olub. Oktyabrda isə 7.91% idi.

Ötən ay ölkədə ən çox istifadə edilən 3-cü brauzer “Opera”nın payı isə oktyabrdakı 2.7%-dən 2.37%-ə enib.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
banco.az

2Mənbələr