AZ

İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti: Qərbi Azərbaycana qayıdış yalnız fiziki əşyaların bərpası ilə məhdudlaşmamalıdır  

Qərbi Azərbaycana qayıdış yalnız fiziki əşyaların bərpası ilə məhdudlaşmamalı, uzunmüddətli qoruma, icma iştirakı və mədəni yaddaşın bərpası ilə müşayiət olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransın “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması” adlı panel müzakirəsində söyləyib.

O bildirib ki, Qərbi Azərbaycan üçün beynəlxalq təcrübələrdən və əvvəlki çıxışçılardan əldə etdiyimiz müqayisəli biliklərdən yararlanaraq, qayıdışın fiziki əsaslarını gücləndirməyə kömək edə biləcək bir neçə yol müəyyən etmişik: "Birincisi, inventarlaşdırma və hüquqi təminatlardır. Bu, maddi irsin qorunması və geri qaytarılması üçün gücləndirilmiş hüquqi təminatlarla birləşdirilməlidir. Dağıdılmış və ya itirilmiş irs obyektlərinin və tarixi məkanların əhatəli inventarlaşdırılması burada vacib və əhəmiyyətlidir".

Seçilən
89
1
azerbaijan-news.az

2Mənbələr