AZ

Azərbaycanın iqtisadiyyat naziri Tatarıstan baş nazirinin müavini ilə görüşüb

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası baş nazirinin müavini Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.

Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik.

Birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik", - paylaşımda bildirilib.

Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri cənab Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.#Ticarət, sənaye, #energetika, #rəqəmsallaşma, turizm, #KOB və digər sahələrdə əməkdaşlığın inkişafı… pic.twitter.com/pAMkGpTUzJ

— Mikayil Jabbarov (@MikayilJabbarov) December 5, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
baku.ws

7Mənbələr