AZ

"Ayaks"ı "Qarabağ"la oyunda dəstəkləməyə azarkeş ordusu gəlir

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq  "Ayaks” klubunun Bakıya gələcək azarkeşlərinin sayı bəlli olub.

Bu barədə Fanat.Az-a "köhlənlər"in sözçüsü  Anar Hacıyev məlumat verib.

Klub rəsmisi Niderland təmsilçisininin 1450 bilet istədiyini deyib.

Amsterdam komandasını gətirəcək təyyarə dekabrın 8-də, 23:00-da Bakıya enəcək. Ertəsi matçın keçiriləcəyi stadionda müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən Fred Qrimin mətbuat konfransı və "Ayaks"ın açıq məşqçi olacaq. Qonaqlar oyunun ardından ölkələrinə qayıdacaqlar. 

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da  keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 21:45-də səsləndiriləcək.

Nihat
 

Seçilən
11
fanat.az

1Mənbələr