AZ

Lebron Ceymsin inanılmaz seriyası qırıldı

Fanat saytına istinadən ain.az xəbər verir.

"Los Anceles Leykers"in ulduz hücumçusu Lebron Ceymsin inanılmaz xal seriyası qırılıb.

Fanat.Az Milli Basketbol Assosiasiyasının (NBA) mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 18 ildən sonra ilk dəfə bir matçda 10 xal yığa bilməyib.

40 yaşlı idmançı "Toronto"nu məğlub etdikləri səfər matçında (123:120) 8 xal, 6 ribaund və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Lebron son dəfə 2007-ci ildə bir oyunda 10 xaldan az toplamışdı.

Qeyd edək ki, Ceyms bu mövsüm meydana çıxdığı 6 oyunda orta hesabla 14 xal, 4,3 ribaund və 7,8 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
fanat.az

2Mənbələr