AZ

Çeçenistan Təhlükəsizlik Şurasının yerləşdiyi “Qroznı-Siti”yə Ukrayna dronu hücum edib

Çeçenistanda “Qroznı-Siti”yə Ukrayna dronu hücum edib...

APA xəbər verir ki, bu barədə RT-yə hüquq-mühafizə orqanlarında mənbə məlumat verib.

Belə ki, Çeçenistanın paytaxtında “Qroznı-Siti”yə cümə günü gecə Ukrayna dronu hücum edib.

Çeçenistan hakimiyyəti tərəfindən dron hücumu və ya Qroznıdakı hündürmərtəbəli binaya dəyən ziyanla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Cümə səhəri Rosaviasiya təhlükəsizlik məsələləri səbəbindən Qroznının aerodromunu uçuş və eniş üçün bağlayıb.

Rusiya Müdafiə Nazirliyinin səhər hesabatında Çeçenistana dron hücumuna dair məlumat verilməyib.

Ukrayna hərbçiləri Qroznıya edilən zərbə ilə bağlı heç bir şərh yoxdur.

Poliqon.info

Seçilən
25
2
poliqon.info

3Mənbələr