AZ

“Barselona” İspaniya millisinin üzvü ilə yeni müqavilə imzalayıb

Bakı, 5 dekabr, AZƏRTAC

İspaniyanın “Barselona” komandası futbolçusu Erik Qarsiya ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, müdafiəçi ilə yeni sözləşmə 2031-ci ilin yayınadək nəzərdə tutulub.

Erik Qarsiya bu mövsüm “Barselona”nın heyətində 20 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya millisinin heyətində 19 dəfə meydana çıxıb.

 

Seçilən
33
3
azertag.az

4Mənbələr