AZ

Şəhərin mərkəzində şiddət: Kişi naməlum şəxsi yerə yıxaraq döydü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə insident qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisənin videosu “TikTok” sosial şəbəkəsində yayılıb. Olay dekabrın 4-də axşam saatlarında baş verib.

Kadrdan göründüyü kimi, orta yaşlı bir kişi digər şəxsi yerə yıxaraq ona dəfələrlə zərbələr endirib. Həmin şəxs zərərçəkmişi ayağa qalxmağa imkan vermədən ardıcıl şəkildə döyməyə davam edib.

Hadisə şahidi bildirib ki, dava zamanı ərazidən keçən vətəndaşlar və sürücülər onlara müdaxilə etməyib.

Qeyd edək ki, hadisənin səbəbi və iştirakçıların kimliyi barədə məlumat yoxdur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
avtosfer.az

1Mənbələr