Məşhur gitarist və bəstəkar Stiv Kropper 84 yaşında vəfat edib.
Far.Az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Musiqiçinin təbii səbəbdən öldüyü bildirilib.
Stiv Kropper soul və R&B janrının formalaşmasına böyük təsir göstərən musiqiçilərdən biri olub.
Karyerası boyunca Otis Redding, Wilson Pickett, Sam & Dave kimi soul musiqi nəhəngləri ilə əməkdaşlıq edib.
O, prodüser və bəstəkar kimi yüzlərlə məşhur layihədə iştirak edib.