Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Lamin Yamal daha bir əla göstəriciyə nail olub."Football-plus.az" xəbər verir ki, “Barselona”nın hücumçusu İspaniya La Liqasında 2025/26 mövsümünün ən yaxşı driblinq edən futbolçusu olub.“Sofascore” portalının məlumatına görə, 19-cu turda “Atletiko” ilə matçda (3:1) 9 uğurlu driblinq edən ispaniyalı futbolçu mövsüm ərzində ümumilikdə 60 uğurlu cəhd ilə siyahıya başçılıq edir. Qeyd edək ki, cari mövsümdə çempionatda 11 oyunda meydana çıxan Yamal 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.Reytinqdə 2-ci pilləni “Real”ın futbolçusu Kilian Mbappe (39) tutur. 3-cü yerdə isə hərəyə 32 driblinqlə “kral klubu”nun digər üzvü Vinisius Junior və “Ovyedo”nun oyunçusu Hayssem Hasan qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.