AZ

Putin İrana xəyanət edib? - “Mossad”ın keçmiş rəhbəri açıqladı

İsrailin“Mossad” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yossi Kohen yeni nəşr olunan “Azadlıq Qılıncı: İsrail, Mossad və Gizli Müharibələr” kitabında Rusiya Prezidenti Vladimir Putinlə şəxsi əlaqələrindən və Moskvanın İsrailə bölgədə verdiyi gizli icazələrdən danışıb.

Missiya.Az xəbər verir ki, Kohen öz kitabında “Mossad”da rəhbərliyi klassik prinsiplərə dönüş kimi təqdim edir və İranı həmin dövrdə əsas hədəf adlandırır.

Onun sözlərinə görə, o, “Mossad” rəhbəri olmamışdan əvvəl İranda casus kimi fəaliyyət göstərib.

Kitabın ən çox müzakirə olunan hissələrindən biri Kohenin Putinlə yaxın münasibətləridir.

Keçmiş “Mossad” rəhbəri bildirib ki, münasibətləri qarşılıqlı hörmət üzərində qurulub.

Kohen qeyd edib ki, Moskva həmin illərdə İsrailə Suriyada və İraqda İranın maraqlarına və hədəflərinə qarşı zərbələr endirmək üçün müəyyən səviyyədə icazə və əməliyyat azadlığı verib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
1
missiya.az

2Mənbələr