AZ

NBA-da 18 illik seriya qırıldı

Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi “Los Anceles Leykers”in hücumçusu Lebron Ceymsin 18 illik xal seriyası qırılıb.

Msport.az xəbər verir ki, təcrübəli basketbolçu ilk dəfə bir matçda 10 xaldan az toplayıb.

Bu, müntəzəm mövsümün “Toronto”nu məğlub etdikləri səfər matçında (123:120) qeydə alınıb. 40 yaşlı amerikalı 8 xal, 6 ribaund və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

L.Ceyms sonuncu dəfə 2007-ci ildə bir oyunda 10 xaldan az toplamışdı.

Qeyd edək ki, L.Ceyms 2025/2026 mövsümündə meydana çıxdığı 6 oyunda orta hesabla 14 xal, 4.3 ribaund və 7.8 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər matçda orta hesabla 32.8 dəqiqə oynayıb.

Seçilən
8
1
msport.az

2Mənbələr