AZ

Paytaxtda yenidən Şaxta baba və Qar qız müəmması - RƏSMİ AÇIQLAMA

İlin sonuncu ayında artıq ölkənin bir çox yerlərində bayram ab-havası yaşanır. Yeni ildən bir ay qabaq paytaxtın müxtəlif ərazilərində, o cümlədən Dənizkənarı Bulvarda və Fəvvarələr meydanında yolka quraşdırılıb, hər tərəf bəzədilib.

Bayramın simvollarından hesab edilən Şaxta Baba və Qar qızdan isə xəbər-ətər yoxdur.

Şaxta baba və Qar qız olmaq istəyən şəxslər Bakı Şəhər icra Hakimiyyətindən xüsusi icazə almalıdır. Lakin bu personajları hələlik paytaxtda görmürük.

Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il Şaxta baba və Qar qız olmaq üçün departamenta heç bir müraciət daxil olmayıb.

Artıq 3 ildir BŞİH quruma Şaxta baba olmaq üçün insanların müraciət etmədiyini amıqlayır.

Qeyd edək ki, Şaxta baba olmaq üçün rüsum 60 manatdır. Bu işə marağın azalması insanların mobil telefonlarla foto çəkdirməsi ilə əlaqələndrilir.

Billurə

Seçilən
150
1
olke.az

2Mənbələr