AZ

ABŞ yeni strategiyasını elan etdi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağ Ev digər dövlətlərə Birləşmiş Ştatların milli maraqlarına təhlükə kəsb edəcək qədər nüfuz qazanmağa imkan verməyəcək, amma eyni zamanda, ABŞ “qlobal hakimlik kimi məşum konsepsiyadan” da imtina edir.

KONKRET.az xəbər verir ki, Ağ Evin açıqladığı Milli Təhlükəsizlik Strategiyasının yenilənmiş versiyasında belə deyilir.

“Birləşmiş Ştatlar hər hansı bir dövlətin maraqlarımıza təhlükə kəsb edəcək qədər üstünlüyə sahib olmasına imkan verə bilməz. Biz qlobal və regional qüvvələr balansının dəstəklənməsi məqsədilə müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik ki, dominant düşmənlərin ortaya çıxmasını əngəlləyək”, – sənəddə deyilir.

Eyni zamanda, strategiyada qeyd olunur ki, Birləşmiş Ştatlar özü üçün məşum qlobal hökmranlıq konsepsiyasını rədd edir.

“Biz bu cür dövlətlərin qlobal, bəzi hallarda isə hətta regional hakimliyinin qarşısını almalıyıq. Bu o demək deyil ki, dünyanın bütün böyük və orta gücdə olan dövlətlərini məhdudlaşdırmaq üçün qan tökəcək və pul xərcləyəcəyik – bu, beynəlxalq münasibətlərin əbədi gerçəkliyidir. Reallıq bəzən ümumi maraqlarımıza təhlükə kəsb edən ambisiyaların qarşısını almaq üçün tərəfdaşlarımızla işləməyimizi tələb edir”, – sənəd müəllifləri belə hesab edirlər.

“ABŞ-nin bütün dünya düzənini Atlant kimi öz çiyinlərində daşıdığı günlər keçdi. Müttəfiqlərimiz və tərəfdaşlarımız arasında onlarla zəngin və inkişaf etmiş ölkə var, onlar öz bölgələrinə görə əsas məsuliyyəti üzərlərinə götürməli və kollektiv müdafiəyə daha çox töhfə verməlidir”, – strategiyada bu məqam da vurğulanır.

O da bildirilir ki, Vaşinqton “yükün bölüşdürülməsi” üzrə cəhdlərə rəhbərlik edə və onlara maliyyə yardımı göstərə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
konkret.az

2Mənbələr