AZ

19 min dollarlıq "yumurta"nı belə oğurladı - FOTO

Yeni Zelandiyada bir kişi 19 min dollar dəyərində zinət əşyasını oğurlamaq üçün qeyri-adi üsuldan istifadə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  32 yaşlı şübhəli dəbdəbəli zinət əşyasını udaraq oğurlamağa cəhd edib.  

Lakin çox keçmədən o, saxlanılıb.  Məlumata görə, adı açıqlanmayan məhbusun hər bir hərəkəti altı gün ərzində polislər tərəfindən diqqətlə izlənilib. 

Yeni Zelandiya polisi bildirib ki, cəmi altı günlük müşahidədən sonra qiymətli yumurta heç bir tibbi prosedura ehtiyac olmadan tamamilə təbii yolla əldə edilib. 

Seçilən
57
2
unikal.az

3Mənbələr