AZ

Rusiya və Hindistan qlobal sülh naminə birgə səyləri davam etdirməyə razılaşıb

Rusiya və Hindistan qlobal sülhün və sabitliyin qorunması üçün birgə fəaliyyətlərini gücləndirməyə razılıq bildiriblər.

Editor.az xəbər verir ki, bu barədə 23-cü Rusiya–Hindistan illik sammitinin yekunlarına dair yayımlanan “Rusiya–Hindistan: Zamanla sınaqdan keçmiş etimada və qarşılıqlı hörmətə əsaslanan mütərəqqi tərəfdaşlıq” adlı birgə bəyanatda qeyd olunub.

Sənəddə vurğulanır ki, tərəflər bu səyləri təkcə çoxmərkəzli Asiya məkanında deyil, həm də formalaşan çoxqütblü dünya düzənində davam etdirməyi planlaşdırırlar.

Bəyanatda deyilir: “Tərəflər Rusiya və Hindistanın aparıcı güclər olaraq qlobal sülh və sabitlik üçün səylərini davam etdirəcəklərini vurğuladılar”.

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi iki ölkənin xarici siyasət prioritetlərinə dair yanaşmalarının bir-birini tamamladığını və üst-üstə düşdüyünü qeyd ediblər.

Sənəddə həmçinin bildirilir ki, Rusiya–Hindistan münasibətləri bərabər və bölünməz təhlükəsizlik prinsiplərinə əsaslanan qlobal sülh və sabitlik üçün mühüm dayaqlardan biri olaraq qalır.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr