Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin atası vəfat edib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, şəhid atası bu gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, polis zabiti olan F. Mehdiyev 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə Ağdamın Abdal-Gülablı kəndi istiqamətində şəhid olub.