AZ

Anna Soave: WUF13 ilə bağlı təşkilati prosesin yüksək səviyyədə qurulması bizdə müsbət təəssürat yaradıb VİDEO

Bakı, 5 dekabr, Günel Türksoy, foto Tofiq Babayev, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF) hər dəfə yeniliklərlə müşahidə olunur və prosesə dinamiklik gətirir. Çünki hər bir ölkə, hər bir ev sahibi foruma özünəməxsus yanaşma ilə yeni elementlər təqdim edir. Biz də forumun keçiriləcəyi dövlətlə sıx əməkdaşlıq edirik. 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bir sıra yeni bölmələr və konseptlərin həyata keçirilməsindən böyük məmnunluq duyuruq. Xüsusilə buna mayın 17-də keçiriləcək nazirlər görüşü, eləcə də forumun gedişində təşkil olunacaq digər tematik tədbirlər daxildir. Qeyd etmək istəyirəm ki, bu yeniliklər yaxın günlərdə rəsmi veb-saytımızda elan ediləcək və iştirakçılar onları daimi olaraq izləyə biləcəklər.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave deyib. A.Soave qeyd edib ki, tərəfdaşlar tərəfindən təşkil olunacaq tədbirlərə qeydiyyat artıq bu həftənin əvvəlindən başlanıb: “Dünyanın müxtəlif yerlərindən olan tərəfdaşlar WUF13-ün ikinci günündən başlayaraq beşinci və altıncı günlərinə qədər keçiriləcək sessiyalar üçün öz təşəbbüslərini təqdim etmək imkanı əldə ediblər.

Azərbaycanın prosesə hazırlığına gəlincə isə qeyd etməliyəm ki, indiyə qədər gördüklərimiz son dərəcə təsiredicidir. Təşkilati prosesin yüksək səviyyədə qurulması, əməkdaşlıq etdiyimiz mütəxəssislərin peşəkarlığı, eləcə də həm hökumətin, həm də vətəndaşların göstərdiyi güclü sahibkarlıq və məsuliyyət hissi bizdə son dərəcə müsbət təəssürat yaradıb. Bu atmosferi xüsusilə bu gün Könüllülər Mərkəzində olanda daha aydın hiss etdim”.

Seçilən
65
1
azertag.az

2Mənbələr