Daşkəsəndə 14 yaşlı yeniyetmə dava zamanı xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2011-ci il təvəllüdlü E.Orucov qulağının, qollarının və baş nahiyəsinin kəsilmiş yarsı ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, yeniyetmə dostu tərəfindən butulka ilə vurulub. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız