AZ

Azərbaycanda 25 minə yaxın ev tikildi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi sahəsi 3 milyon 174.4 min kvadrat metr olan 24 478 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

KONKRET.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 2.4 dəfə və ya 14196 ədəd artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 1 milyon 349.6 min kvadrat metr olan 10282 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 17685 ədəd ( illik müqayisədə 2.4 dəfə çox), bina evlərinin sayı isə 6 793 ədəd ( illik müqayisədə 2.2 dəfə çox) təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
7
konkret.az

8Mənbələr