AZ

İrlandiya Zelenskinin təyyarəsinə yaxınlaşan dronları araşdırır

Ajans.az qeyd etdiyi kimi,hadisə Dublin üzərində, Zelenskinin təyyarəsinin uçduğu hava dəhlizinə doğru hərəkət edən dörd “hərbi tipli” dron müşahidə olunub. European Pravda xəbər verir ki, dronlar paytaxtın şərq hissəsindən havaya qalxıb və iki saata qədər havada qalıblar. Daha sonra onlar Dublin sahillərində gizli yerləşdirilmiş LÉ William Butler Yeats dəniz gəmisinə yönəliblər. İrlandiya hərbçiləri potensial təhlükəyə baxmayaraq, dronları vurmaq qərarına gəlməyib. Hüquq-mühafizə orqanları bildirir ki, dronları idarə edən şəxslər, onların məqsədi və hazırkı yerləşməsi hələ məlum deyil. Jurnalistlər dronları “böyük, bahalı və hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş” adlandırıblar. Təhlükəsizlik xidmətləri hadisəni mümkün hibrid hücum kimi qiymətləndirir. Fövqəladə vəziyyətdən sonra çərşənbə axşamı ölkənin ali rəhbərliyi ilə qapalı görüş keçirilib. Riskləri minimuma endirmək üçün Zelenskinin təyyarəsi üçün Dublində xüsusi uçuş marşrutu təşkil edilib.

 

Seçilən
43
Ajans.az

1Mənbələr