AZ

Azərbaycan nümayəndə heyəti İtaliyada keçirilən təlimdə iştirak edib

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti İtaliyanın Veneto regionundakeçirilən "Adaptive Interaction 2025" çoxmillətli hərbi-mülkiəməkdaşlıq (CIMIC) təlimində müşahidəçi qismində iştirak edib.

Trend xəbər verir ki, bu barədə MüdafiəNazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində Azərbaycan MüdafiəNazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisipolkovnik Anar Eyvazov NATO-nun Çoxmillətli hərbi-mülki əməkdaşlıq(CIMIC) qrupu və 7-ci CIMIC alayının komandiri polkovnik PieroFurlan ilə görüşüb.

Görüşdə NATO əməliyyatlarında CIMIC bölmələrinin effektivtətbiqinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Polkovnik A.Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən44 günlük Vətən müharibəsi və Antiterror daxil olmaqla digər hərbiəməliyyatlar zamanı mülki əhalinin və infrastrukturun qorunmasınadair ordumuzun həyata keçirdiyi tədbirlərdən danışıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti çoxmillətli təliminYüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.
Yüksək səviyyəli qonaqlar təlimin ssenarisinə uyğun olaraqəməliyyat zonasında müxtəlif mülki müəssisə və təşkilatlar iləəlaqələrin qurulması, onlara zəruri dəstəyin verilməsi və hərbiəməliyyatların gedişatına təsir edəcək faktorların analizi üzrətapşırıqların icrasını izləyiblər.

Ümumilikdə 12 NATO üzv və tərəfdaş ölkəsinin CIMIC bölmələrindən200 nəfərin iştirakı ilə keçirilən təlimin gedişatı müsbətqiymətləndirilib.

Məqalədə:
Seçilən
104
18
az.trend.az

10Mənbələr