Misli Premyer Liqasının (MPL) 14-ci turunda "Şamaxı"nı qəbul edəcək "Karvan-Yevlax"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a Yevlax təmsilçisinin sözçüsü Bəhruz Musayev məlumat verib:
"Vadim Abdullayev və Eltun Turabov zədə səbəbindən matçı kənardan izləyəcəklər. Süleyman Əhmədov isə zədəlidir".
"Karvan- Yevlax" - "Şamaxı" görüşü dekabrın 7-də Yevlax şəhər stadionunda keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
13 oyuna 14 xal toplayan "Şamaxı" MPL-in turnir cədvəlində 9-cu, eyni sayda matça 5 xal yığan "Karvan" isə 12-ci - sonuncu pillədə mövqe tutub.
Nihat