AZ

Futbol üzrə dünya çempionatlarının ən qəribə 10 püşkatması: Robin Uilyamsın şousundan Madriddəki xaosa qədər - FOTO/VİDEO

Bu gün Vaşinqtonda 2026-cı il futbol üzrə dünya çempionatının püşkü atılacaq. Mərasim həmişə olduğu kimi oyunsevərlərin diqqət mərkəzindədir və çox vaxt dünya çempionatı qədər əhəmiyyətli ayrıca bir hadisəyə çevrilir.

İdman.Biz dünya çempionatlarının ən qeyri-adi və maraqlı 10 püşkatmasını təqdim edir.

1. DÇ-1930, Montevideo.

Dünya çempionatları tarixinin ilk püşk mərasimi eyni zamanda ən xaotik olanı idi. Son ana qədər hansı komandaların ümumiyyətlə Uruqvaya gedib-gedməyəcəyi məlum deyildi - bir çox yığmalar imtina edir, qərarlarını dəyişir və ya okean səfərinin uzunluğuna görə gecikirdilər. Nəticədə turnirdə cəmi 13 komanda iştirak etdi və püşk yarışa bir neçə gün qalmış yerindəcə keçirildi.

Nə səhnə, nə baraban, nə də şou var idi - FIFA sadəcə komandaları qruplara əl üsulu ilə yerləşdirdi və bu gün üçün qəbul olunan bütün prosedurları pozdu.

1930 FIFA Dünya Kuboku

2. 1938, Paris: püşkü altı yaşlı uşaq atdı

Tarixin ən sürreal hadisələrindən biri. Səhnəyə FIFA prezidenti Jyül Rimenin altı yaşlı nəvəsi çıxmışdı və məhz o, komandaların adlarının yazıldığı şarları çıxararaq onların taleyini müəyyən edirdi.

Bu gün belə şey təsəvvürolunmazdır - qaydalar yalnız rəsmi şəxslərin iştirakına icazə verir, şəffaflıq kameralarla təmin edilir. Həmin vaxt isə bu “gözəl jest” kimi təqdim olunsa da, mətbuat yazırdı ki, “uşaq əli” bir çox komanda üçün gözlənilməz nəticələrə yol aça bilərdi.

1938 FIFA Dünya Kuboku

3. DÇ-1950, Rio-de-Janeyro: püşk keçirildi, amma turnir… dağıldı

1950-ci il dünya çempionatının püşkü problemsiz keçirilsə də, daha sonra qəribəliklər başladı. Püşkatmadan sonra bir neçə komanda turnirdən çəkildi: Türkiyə - maliyyə çətinliklərinə, Hindistan - avadanlıqla bağlı anlaşmazlıqlara, Şotlandiya isə prinsipial səbəblərə görə.

Nəticədə A qrupu üç komanda, D qrupu isə cəmi iki komandadan ibarət oldu və bütün turnir strukturunu itirdi. Beləliklə, püşk cəmi bir neçə həftə sonra etibarsız hala gəldi.

1950-cu il, Rio-de-Janeyro, Futbol üzrə dünya çempionatı

4. DÇ-1954, İsveçrə: püşk seçmə mərhələ bitməmiş atıldı

Daha bir tarixi qəribəlik. Dünya çempionatının final püşkü seçmə mərhələnin bitməsindən əvvəl keçirilmişdi. Bu isə o demək idi ki, FIFA hələ vəsiqəni rəsmiləşdirməmiş komandaları səbətlərə yerləşdirmişdi.

Seçmədə gözlənilməz nəticələr qeydə alınınca (o cümlədən İspaniyanın mübarizədən kənar qalması) təşkilatçılar hazır sxemi qismən dəyişməyə məcbur oldular. Bu, öncədən keçirilmiş rəsmi püşkün sonradan mənasız hala gəldiyi nadir hallardandır.

1954,İsveçrə, futbol üzrə dünya çempionatı

5. DÇ-1974, Frankfurt: Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikasını eyni qrupa salan uşaq

Püşkü 11 yaşlı xor üzvü atırdı. Bu, simvolik görünürdü, amma nəticə siyasi cəhətdən “partlayıcı” alındı: Berlin divarı ilə ayrılmış, ideoloji rəqib olan Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası eyni qrupa düşdü.

Zalda uzun fasilə yarandı. Mətbuat bunu “qarşılşmanın baş tutmasını istənilməyən” püşk nəticəsi kimi adlandırdı, Almaniya Demokratik Respublikası hətta iştirak məsələsinin müzakirə edildiyi iddia edildi - sonradan rəsmi şəkildə təkzib olunsa da.

DÇ-1974, Frankfurt

6. DÇ-1982, Madrid: sınan təbirlər, qarışdırılan komandalar, unudulan qaydalar

Bu püşk tam bir səhvlərdən ibarət oldu.

Təşkilatçılar iki Cənubi Amerika komandasının eyni qrupda ola bilməyəcəyi qaydanı unutmuşdular. Komandaları səhnədəcə püşkü dəyişməli oldular.

Təbirlərdən biri sındı, şarlar ya düşürdü, ya da fırlanmırdı.

Bəzi kağızlar təbir açılmadan yerə düşürdü.

Bir neçə nəticə yenidən elan edilməli oldu.

Bu püşk hələ də tarixdə ən uğursuz və texniki cəhətdən ən problemli mərasim hesab olunur.

7. DÇ-1990, Roma: parıltı dövrü başlayır - Sofi Loren və Pavarotti səhnədə

1990-cı il püşkatması FIFA-nın rəsmi proseduru şouya çevirməyə çalışdığı ilk mərasim idi. Səhnəyə Sofi Loren dəvət olunmuşdu, musiqi müşayiətini isə Luçano Pavarotti təmin edirdi. Media yazırdı ki, mərasim sanki film premyerasını xatırladır. Jurnalistlər zarafat edirdi: “Reglament smokinqlərin və proyektorların arasında itib”.

8. 1994, Las-Veqas: Robin Uilyams şouya çevirdi və Pele ilə qalmaqal

Hollivud aktyoru Robin Uilyams püşkü tam bir standapa çevirmişdi:

Blatterin soyadı ilə zarafat edirdi,

rəsmiləri parodiya edirdi,

püşkü “dünyanın ən bahalı lotereyası” adlandırırdı,

tibb əlcəkləri geyinərək “müayinə” səhnəsi oynayırdı.

Təşkilatçılar mərasimi rəsmi formata qaytarmağa çalışsalar da, bu mümkün olmadı. Bundan əlavə, FIFA prezidenti Joau Avelanj Pelinin adının elan olunacağı təqdirdə püşkü ləğv etdirəcəyi ilə hədələyirdi. Onların arasında konflikt var idi. Nəticədə Pelinin adı səsləndirilmədi, o, yalnız qonaq kimi iştirak etdi.

9. DÇ-2014, Kosta-du-Sauipe: İran televiziyası aparıcını “kəsdi”

İran dövlət televiziyası aparıcı Fernanda Limanın libasını uyğun hesab etmədiyindən onu kadrlardan çıxarırdı. Efirə yarımçıq görüntülər gedir, tamaşaçılar nə baş verdiyini anlaya bilmirdilər. Hadisə beynəlxalq qalmaqala çevrildi və püşk prosedurunun özündən daha çox müzakirə olundu.

10. DÇ-2026, Vaşinqton: püşkdən əvvəl siyasi və viza böhranı

Püşkatmadan əvvəl belə siyasi gərginlik yaranmışdı. İran ABŞ-ın nümayəndə heyətinə viza verməyəcəyi təqdirdə mərasimi boykot edə biləcəyini açıqlamışdı. Hətta məsafədən iştirak variantları belə müzakirə olunurdu.

Teymur Tuşiyev

İdman.Biz

Seçilən
30
1
idman.biz

2Mənbələr