AZ

“Azərbaycanda könüllülük hərəkatı sistemli inkişaf mərhələsinə qədəm qoyub” - QHT sədri

“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanda könüllülük hərəkatı daha sistemli və institusional şəkildə inkişaf edir.

Onun sözlərinə görə, dövlət qurumlarında könüllü proqramlarının genişləndirilməsi, hüquqi-normativ bazanın təkmilləşdirilməsi və gənclər təşkilatlarının aktiv fəaliyyəti bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına səbəb olub:

"Bu prosesdə QHT-lərin əsas rolu maarifləndirmə aparmaq, könüllülər üçün təlim və inkişaf imkanları yaratmaq, sosial layihələri təşkil etmək və dövlət–cəmiyyət əməkdaşlığını gücləndirməkdən ibarətdir. QHT-lər könüllülüyün mədəniyyətə çevrilməsində və onun davamlı inkişafında aparıcı tərəf kimi çıxış edirlər."

Qeyd edək ki, hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Seçilən
13
qht.az

1Mənbələr