AZ

Ağ Ev: “ABŞ Ukraynanı öz siyasətinin mərkəzinə çevirir”

AzVision.az xəbər verir ki, Ağ Evin dərc etdiyi ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında belə deyilir.

Sənəddə bildirilir ki, bütövlükdə, ABŞ bu prosesin əsasını Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsi olmaqla, Avropada sabitliyi bərpa etməyi hədəfləyir.

“Ağ Ev“Avrasiya məkanını sabitləşdirmək” və Avropa ölkələri ilə Rusiya arasında silahlı münaqişə riskini azaltmaq üçün hərbi əməliyyatların tez bir zamanda dayandırılması ideyasına sadiqdir. Bundan əlavə, Vaşinqton Avropanın Amerika malları üçün açıq bazarlar təklif etməsini və Amerika bizneslərinə ədalətli davranmasını gözləyir”,- ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında vurğulanır.

ABŞ həmçinin Avrasiya regionunda Rusiya ilə münasibətlərdə strateji sabitliyin bərpasını əsas prioritet kimi müəyyənləşdirir. Qeyd edilir ki, bu kontekstdə, NATO-ya“daim genişlənən alyans”kimi baxmaq olmaz.

- Uzunmüddətli perspektivdə, ən geci bir neçə onillik ərzində NATO üzvlərinin bəzilərinin əsasən qeyri-Avropa ölkəsi olacağı ehtimalı daha yüksəkdir. Beləliklə, onların dünyada öz yerlərinə və ya ABŞ ilə müttəfiqliklərinə NATO nizamnaməsini imzalayanlarla eyni şəkildə baxacaqları sual olaraq qalır”,- sənəddə bildirilir.

Eyni zamanda, qeyd edir ki, ABŞ-Avropa tərəfdaşlığının Amerika tərəfi üçün faydalı olduğu diqqətə çatdırılır:“Biz nəinki Avropanı hesabdan silə bilmərik – bunu etmək bu strategiyanın qarşıya qoyduğu məqsədlərə zərər verəcək”.

ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Vaşinqtonun Avropaya“indiki trayektoriyasını düzəltməyə”kömək etməsi barədəçağırış da yer alıb.

Sahil İsgəndərov
AzVision.az


Seçilən
39
1
azvision.az

2Mənbələr