AZ

Türkiyə 6 ay ərzində Rusiyanın S-400 raketlərindən imtina edəcək

Türkiyə ABŞ-ın ən son F-35 qırıcı təyyarələrini almağa icazə verməsi üçün 6 ay ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edəcək.

AzPost bildirir ki, Bloomberg-in məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib.

Onun sözlərinə görə, Moskvanın altı il əvvəl təchiz etdiyi Rusiya sistemləri Türkiyə tərəfindən istifadə olunmur, lakin onların mövcudluğu hələ də Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə problem yaradır: “Əminəm ki, bu məsələlər növbəti dörd-altı ay ərzində həll olunacaq”, – Barrak BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən konfransda bildirib. Türkiyənin S-400-dən imtina etməyə yaxın olub-olmadığı barədə sualına o, “Bəli” cavabını verib.

Moskva və Ankara 2017-ci ildə S-400 sistemlərinin tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıblar. ABŞ bu müqaviləyə etiraz edib və Türkiyəni F-35 proqramından kənarlaşdırıb. Bəzi Türkiyə müdafiə şirkətlərinə CAATSA kimi tanınan sanksiya rejimi tətbiq edib.

AzPost.az

Seçilən
89
azpost.info

1Mənbələr