AZ

Azərbaycan digər ölkələrlə iqtisadi operatorların qarşılıqlı tanınması istiqamətində addımlar atacaq

Azərbaycan digər ölkələrlə səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması istiqamətində addımlar atacaq.

"APA-Economics" xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.

Sənədə əsasən, qarşılıqlı tanınma ilə əlaqədar, ilk növbədə, həmsərhəd ölkələrlə və Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşları ilə hökümətlərarası razılaşmaların həyata keçirilməsi nəzərdə tutulub.

Nəticədə beynəlxalq və ikitərəfli platformalarda səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması istiqamətində danışıqlar aparılacaq.

Sözügedən planın əsas icraçısı kimi Nazirlər Kabineti, digər icraçılar olaraq isə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Xarici İşlər Nazirliyi müəyyən edilib.

Seçilən
23
3
apa.az

4Mənbələr