AZ

TÜRKPA və Şimali Kipr arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb  

Dekabrın 4-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Beynəlxalq Katibliyini ziyarət edib.

Assambleyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Baş katib Ramil Həsən nazirə TÜRKPA Beynəlxalq Katibliyinin son təşəbbüsləri və gələcək layihələri barədə danışıb. O, həmçinin ŞKTC-nin gələcək fəaliyyətinə Assambleyanın mandatı çərçivəsində hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb. Eyni zamanda, TÜRKPA üzv parlamentlərinin sədrlərinin Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində İstanbulda keçirilməsi nəzərdə tutulan qeyri-rəsmi görüşü ilə bağlı məlumat verib.

Nazir O.Hasipoğlu Assambleyanın fəaliyyətində ŞKTC-nin fəal iştirakına, təmsilçiliyinin artırılmasına verdiyi davamlı dəstəyə və konstruktiv səylərə görə Baş katib R.Həsənə dərin minnətdarlığını bildirib.

Tərəflər, həmçinin türk dövlətləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi və ŞKTC-nin daha da gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Seçilən
122
azerbaijan-news.az

1Mənbələr