AZ

Asiya İnkişaf Bankının dəstəyi ilə ADY-nin dekarbonizasiyası üzrə strateji layihəyə start verilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı(AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihətəqdim olununb.

Trend xəbərverir ki, AİB-nin dəstəyi ilə həyata keçiriləcək layihəAzərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və dayanıqlıdəmir yolu sisteminə sürətlə transformasiyanı təşviq etmək məqsədidaşıyır.

Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosialaspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkəninaşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminəkeçidini sürətləndirəcək.

ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəflidekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yoluşirkətidir.

Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və ÇərçivəSənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin stratejiçərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yoluinfrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmışinvestisiya proqramının hazırlanmasını təmin edəcək.

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına tullantılarınmonitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi vəqurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olantexnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində,həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılımasında texnikidəstək göstərəcək. Bank həmçinin ESG prinsipləri, dayanıqlılıqtəcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlimproqramlarının hazırlanmasında, eyni zamanda, regional tvinninqproqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək. ESGprinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində genderbərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması,qərarların qəbul edilməsində və idarəetmədə qadınlarıntəmsilçiliyinin artırılması da nəzərdə tutulub.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov layihənin“Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişafİstiqamətləri”ndə mühüm yer tutan dekarbonizasiya, rəqəmsallaşma,dəhliz rəqabətliliyi və təhlükəsizlik prioritetlərinin realfəaliyyətə transformasiyasında əhəmiyyətli rol oynadığını bildirib.ADY sədrinin sözlərinə görə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənubnəqliyyat marşrutlarının kəsişməsində strateji tranzit mərkəzinəçevrildiyi bir vaxtda layihənin əhəmiyyəti xüsusilə böyükdür:

“Orta Dəhliz və Şimal–Cənub marşrutları üzrə yük daşımalarınınartması dəmir yolu sisteminin səmərəlilik, etibarlılıq və ekolojiməsuliyyət baxımından gücləndirilməsini tələb edir –dekarbonizasiya isə məhz bu imkanları daha da artırır.”

Asiya İnkişaf Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyatakeçirilən layihə ölkənin dəmir yolu sektorunda dayanıqlı inkişafıntəmin edilməsi baxımından mühüm addım hesab olunur. ADB tərəfindənayrılmış 1,25 milyon ABŞ dolları həcmində texniki yardım dəmir yoluinfrastrukturunda enerji səmərəliliyinin artırılması,elektrikləşdirmə prosesinin genişləndirilməsi və emissiyalarınazaldılması istiqamətində aparılan hazırlıq işlərinə şəraityaradır. Layihə çərçivəsində dizel əsaslı hərəkət tərkibindənmərhələli şəkildə imtina edilməsi, bərpa olunan enerjimənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmətsahələrinə inteqrasiyası nəzərdə tutulur.

Dekarbonizasiya təşəbbüsü ADY üçün mühüm mərhələ olmaqla yanaşı,Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%,2050-yə qədər isə 40% azaltmaq üzrə milli hədəflərinə istiqamətindəfəaliyyətini daha da gücləndirir. Ən təmiz nəqliyyat növü kimi ölkəüzrə ümumi emissiyalarda payının 0,5%-dən az olmasına baxmayaraq,ADY dekarbonizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləməyə davamedir.

Son illərdə ADY dekarbonizasiya üzrə təşəbbüslər çərçivəsindəbir sıra vacib addımlar atıb. Belə ki, son bir ildə təbii qazistehlakında 50% azalma qeydə alınıb, dəmir yolu şəbəkəsinin 63%elektrikləşdirilib, son dövrlərdə yükdaşımaların 80%-dən çoxuelektrik lokomotivlərlə həyata keçirilib. ADY-nin qabaqcıltexnoloji avadanlıqlarla təchiz olunmuş Biləcəri və Gəncə lokomotivdepolarında 650-dən çox günəş paneli quraşdırılıb və “yaşılenerji”nin istehsalı 2023-cü illə müqayisədə 50% artıb.

Rəqəmsallaşma sahəsində əldə edilən irəliləyişlər də ADY-ninmodernləşmə prosesinin ayrılmaz hissəsini təşkil edir. AİB iləəməkdaşlıq bu istiqaməti daha da möhkəmləndirir və şirkətə yükəməliyyatları üçün tam elektron sənəd dövriyyəsinin, həmçininstansiya rəisləri, yük agentləri və çəki nəzarətçiləri üçünrəqəmsal imza sistemlərinin tətbiqinə imkan verir.

Dekarbonizasiya üzrə layihə bərpaolunan enerjinin inteqrasiyası,enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi vəuzunmüddətli emissiya azaldılması strategiyalarını müəyyənləşdirməküçün texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək. Nəzərdətutulan tədbirlər dəmir yollarının “net-zero”, yəni tam karbonsuznəqliyyat növü kimi formalaşmasına imkan verəcək.

Qeyd edək ki, ADY-nin AİB və digər beynəlxalq maliyyəinstitutları ilə əməkdaşlığı infrastrukturun modernləşdirilməsinə,dəhlizlərin inkişafına və iqlim fəaliyyətinininoptimallaşdırılmasına töhfə verməklə şirkətin regional möqeyinigücləndirir.

Asiya
Asiya
Asiya
Seçilən
6
15
az.trend.az

10Mənbələr