Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Formula-1” Dünya Çempionatında mövsümün 24-cü və son yarışı Abu-Dabi Qran-prisi ilə yekunlaşacaq. Yarış BƏƏ-də, Yas adasında yerləşən 5,2 kilometrlik Yas Marina trekində 58 dövrə üzrə baş tutacaq.
İdman.Biz xəbər verir ki, sıralama turları sabah Bakı vaxtı ilə 18:00-da keçiriləcək. Həlledici yarış isə 7 dekabr, bazar günü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Son mərhələ ərəfəsində pilotlar sıralamasında Böyük Britaniyanın “McLaren” komandasının üzvü Lando Norris 408 xalla lider mövqedə qərarlaşıb. Ötən həftə keçirilən Qətər Qran-prisində qələbə qazanan niderlandlı “Red Bull Racing” pilotu Maks Verstappen 396 xalla ikinci pilləyə yüksəlib. “McLaren”in avstraliyalı sürücüsü Oskar Piastri isə 392 xalla üçüncü yerdədir.
Pilotlar üzrə ilk “beşlik”:
1. Lando Norris (Böyük Britaniya, “McLaren”) – 408 xal
2. Maks Verstappen (Niderland, “Red Bull Racing”) – 396
3. Oskar Piastri (Avstraliya, “McLaren”) – 392
4. Georgi Rassell (Böyük Britaniya, “Mercedes”) – 309
5. Çarls Leklerk (Monako, “Ferrari”) – 230
Komandalar üzrə ilk “beşlik”:
1. “McLaren” – 800 xal
2. “Mercedes” – 459
3. “Red Bull Racing” – 426
4. “Ferrari” – 382
5. “Williams” – 137
Əbu-Dabi mərhələsinin nəticələri həm pilotlar, həm də komandalar çempionatında mövsümün yekun taleyini müəyyənləşdirəcək.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.