AZ

Qarabağ Belçikadan hücumçu gətirir

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bu mövqe üçün əsas hədəflərindən biri Belçikanın "Lyej" klubunun futbolçusu Ömər Diufdur.

22 yaşlı seneqallı forvard Belçikanın "Sent-Trüden", eləcə də İspaniyanın ikinci divizon klublarının maraq dairəsindədir.

Diufun "Lyej"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 500 min avro təşkil edir.

Qeyd edək ki, Ömər Diuf karyerası ərzində vətənində "Daru Salam", Türkiyədə "Rizespor", Şimali Kiprdə isə "Genclik Gücü" klublarının şərəfini qoruyub. O, cari mövsüm ərzində iştirak etdiyi 17 oyunda 8 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
6
axar.az

10Mənbələr