AZ

ABŞ NATO nun daim genişlənməsini istəmir

ain.az, 525.az portalına istinadən məlumat verir.

“NATO “daim genişlənən alyans” kimi qəbul edilməməli və belə bir inkişafın qarşısı alınmalıdır”.

525.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında əks olunub. Sənəddə Avropa siyasəti üçün bir neçə prioritet müəyyən edilib.

“Uzunmüddətli perspektivdə, ən geci bir neçə onillik ərzində bəzi NATO üzv dövlətlərinin əhalisinin əksəriyyətinin qeyri-Avropalı olacağına dair ehtimal böyükdür. Buna görə də, onların dünyadakı öz yerlərinə və ya ABŞ-la müttəfiqliklərinə NATO nizamnaməsini imzalayanlarla eyni şəkildə baxacaqları sualı açıq qalır”, - sənəddə vurğulanıb.

Qeyd olunub ki, ABŞ-ın bütün qlobal nizamı bir yerdə saxladığı günlər geridə qaldı.  ABŞ-ın çoxsaylı müttəfiqləri və tərəfdaşları arasında regionları üçün əsas məsuliyyəti öz üzərinə götürməli və kollektiv müdafiəyə daha çox töhfə verəməli olan onlarla varlı və təhsilli ölkə var.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
525.az

1Mənbələr