Bakı. Trend:
UEFA Avropa Liqasının V turunda Macarıstanın "Ferensvaroş"komandası ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alan“Fənərbağça”nın futbolçusu Con Duranın cəzası açıqlanıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizamKomitəsi kolumbiyalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib.
C.Duran Avropa Liqasında Norveçin “Brann” və İngiltərənin “AstonVilla” komandalarına qarşı təşkil olunacaq matçlarda oynayabilməyəcək.