AZ

Bu avtobuslarla bağlı ŞAD XƏBƏR

Bakının Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir "Karsan" markalı avtobuslar veriləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,55 manat təşkil edəcək.


Telegram kanalımız
Seçilən
8
3
yenisabah.az

5Mənbələr