Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanlı aktyor Eldar İsgəndərov rejissor Qrant Singerin çəkəcəyi “Reenakt” adlı filmin aktyor heyətinə qoşulub.
Axşam.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Bildirilir ki, sözügedən filmdə Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları da rol alacaq.
İskəndərovun obrazı kimi, filmin süjeti də hələlik gizli saxlanılır. Çəkilişlərin bu ilin sonunda Los-Ancelesdə başlanacağı gözlənilir.
Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov Niderland və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. Onun “Reenactment” filmindəki işi İsgəndərovun bu il ərzində çəkildiyi üçüncü bədii film olacaq. O, hələ yayımlanmamış, A24 və Fruit Tree üçün Cessi Ayzenberqin quruluş verdiyi adsız musiqili komediya layihəsində, eləcə də "Topic Studios" tərəfindən istehsal olunan, Cordan Firstmanın rejissor debütü olan “Club Kid” filmində baş rollarda yer alıb. O, "Elevate Entertainment" və "Bloch Law" tərəfindən təmsil olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.