AZ

Qayıdış sadəcə hüquq deyil – Regionda sülh arxitekturasının əsas elementi

Bakı.Trend

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "QərbiAzərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdışhüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəniirsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi”mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

Konfrans iştirakçılarına Prezident İlham Əliyevin müraciətioxunub. Müraciətdə çox önəmli məslələrə toxunulub.

Politoloq Azər Qarayev mövzu ilə bağlı Trend-ə açıqlamasındabildirib ki, müraciət həm siyasi baxımdan, həm humanitar müstəvidə,həm də tarixi-mədəni aspektdə çoxqatlı və geniş mesajlar ehtivaedir.

"Çıxışın əsas ideyası ondan ibarətdir ki, Ermənistan ərazisindəndeportasiya olunmuş azərbaycanlıların geri qayıdış hüququ yalnızregional problem kimi deyil, beynəlxalq hüquq, insan hüquqları vəmədəni irsin qorunması sahəsində qlobal gündəliyə daxil edilməlibir məsələ kimi qiymətləndirilməlidir. Ermənistandanazərbaycanlıların çıxarılması və mədəni irsin məhv edilməsitəsadüfi hadisə deyil, ardıcıl və planlı fəaliyyət kimi təqdimolunur. Qəbiristanlıqların, dini məbədlərin, yaşayış məskənlərinin,maddi və qeyri-maddi irsin məhv edilməsi beynəlxalq səviyyədəsübutu olan tarixi reallıq kimi göstərilir. Bu yanaşma qayıdışməsələsinin yalnız siyasi yox, həm də tarixi-etik məsələ olduğunuön plana çıxarır", - deyə Azər Qarayev bildirib.

Politoloq qeyd edib ki, müraciətin ən mühüm məqamlarından birigeri qayıdış hüququnun konkret beynəlxalq sənədlərdə təsbitedilməsinə istinadlardır:

"Qayıdış tələbi siyasi iddia deyil, hüquqi və beynəlxalqstandartlara uyğun haqqdır.Ermənistan bu hüququ təmin etməyəborcludur; çünki bu, BMT sənədlərində birmənalı şəkildə tanınanfundamental insan hüququdur. Bundan başqa Ermənistan ərazisindəkiAzərbaycan mədəni irsinin bərpası da əsas məsələlərdəndir. Buməsələ mədəni diplomatiyanın əsas elementidir. Münaqişədən sonrakıdövr üçün etimad yaratma prosesinin ayrılmaz hissəsidir, beynəlxalqtəşkilatlar üçün yeni fəaliyyət istiqaməti açır. Bu vurğulargöstərir ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın qurulmasıüçün mədəni irsi siyasi mübahisə predmetinə çevirmir, əksinə,ümumbəşəri dəyərlərin qorunması kontekstində təqdim edir".

Politoloq qeyd edib ki, Azərbaycan cəmiyyəti revanşizmdənuzaqdır, yanaşması hüquqi çərçivədədir:

"Qayıdış ideyası heç vaxt başqa dövlətin ərazi bütövlüyünətəhdid kimi formalaşdırılmır.Bu məsələ Ermənistanla sülhəlaqələrinin qurulması fonunda çox həssas və strateji baxımdanəhəmiyyətlidir. Prezident İlham Əliyevin 2025-ci il 8 avqusttarixində Vaşinqtonda əldə olunan Birgə Bəyannaməyə və sülhsazişinin paraflanmasına istinad etməsi müraciətin siyasi mesajınıdaha da gücləndirir.Bu, qayıdış hüququ məsələsinin artıq yalnızhumanitar gündəlikdən çıxaraq sülh prosesinin komponentinəçevrildiyini göstərir. Beləliklə, Ermənistan və Azərbaycan arasındasülh perspektivləri real mərhələyə qədəm qoyur".

A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin bu müraciətihəm diplomatik, həm humanitar, həm də siyasi baxımdan çoxşaxəliəhəmiyyət daşıyır:

"Müraciət tarixi ədalətsizliklərlə bağlı beynəlxalq diqqətiyenidən cəlb edir, qayıdış hüququnun legitimliyini hüquqi əsaslarladərinləşdirir, mədəni irsin bərpasını sülh və etimad üçün vacibmexanizm kimi təqdim edir, Ermənistanla sülh gündəliyinidəstəkləyir."

Məqalədə:
Seçilən
105
1
az.trend.az

2Mənbələr