AZ

Luis Dias "Liverpul"u təkbaşına geridə qoydu - ƏTRAFLI

Sezon əvvəlində “Liverpul”dan “Bavariya”ya transfer olunan Luis Dias yeni klubunda parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduzun Almaniya nəhəngində göstərdiyi performans, “Liverpul”un bu mövsüm hücuma aldığı üç futbolçunun ümumi göstəricilərini belə üstələyib.

Məlumata görə, 70 milyon avroya “Bavariya”ya keçən 28 yaşlı Luis Dias yeni komandasında 20 matçda 12 qol və 6 asistlə yadda qalıb. Bu göstərici onun komandasına nə qədər sürətli uyğunlaşdığını və hücum xəttinə böyük impuls verdiyini göstərir.

Digər tərəfdən, “Liverpul”un hücum xəttini gücləndirmək üçün toplam 365 milyon avro ödəyərək transfer etdiyi Ekitike, Virtz və İsak üçlüsü bu mövsüm birlikdə cəmi 8 qol və 5 asist edə biliblər. İngiltərə nəhənginin xərclədiyi böyük məbləğə baxmayaraq, futbolçuların gözlənilən səviyyədə çıxış etməməsi azarkeşlər arasında narazılıq yaradıb.

Kamil Xudiyev

Seçilən
39
1
fanat.az

2Mənbələr