AZ

ABŞ səfiri: Türkiyə S 400 ləri ləğv etməyə doğru gedir

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Rusiyanın S-400 havadan müdafiə sistemlərini ləğv etməyə doğru gedir.

APA “Bloomberg“ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib.

O, növbəti 4-6 ay ərzində S-400-lərlə bağlı problemin həll ediləcəyini bildirib.

ABŞ səfiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahu arasında gərginliyə də toxunub. Diplomat bunun sadəcə ritorika olduğunu, iki ölkənin müəyyən müddətdən sonra dil tapacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemləri aldığına görə, 2019-cu ildə ABŞ tərəfindən F-35 qırıcıları ilə bağlı proqramdan xaric edilib. Bundan Türkiyə ABŞ-a F-35 qırıcıları üçün təxminən 1.4 milyard dollar vəsait ödəyib. ABŞ bu vəsaiti hələ də Türkiyəyə qaytarmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
5
apa.az

6Mənbələr