AZ

Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atıldı - “Fənərbağça” və “Beşiktaş” eyni qrupda

Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turnirdə mübarizə aparan 24 komanda 3 qrupa bölünüb.

Diqqətçəkən məqamlardan biri “Fənərbağça” və “Beşiktaş”ın eyni qrupda yer almasıdır.

A qrupu:

“Qalatasaray”, “Başakşəhər”, “Trabzonspor”, “Alanyaspor”, “Fatih Karagümrük”, “İstanbulspor”, “Boluspor”, “Fəthiyəspor”

B qrupu:

“Samsunspor”, “Eyüpspor”, “Konyaspor”, “Antalyaspor”, “Gənclərbirliyi”, “Bodrum”, “İğdır”, “Aliağa Futbol”

C qrupu:

“Fənərbağça”, “Beşiktaş”, “Rizəspor”, “Qaziantep”, “Kocaelispor”, “Ərzurumspor”, “Keçiörəngücü”, “Bəyoğlu Yeni Çarşı”

Qeyd edək ki, qrupları ilk iki yerdə başa vuran 6 komanda və ən yaxşı nəticəyə malik iki 3-cü yerin sahibi 1/4 finala yüksələcək.

Seçilən
85
5
90deqiqe.az

8Mənbələr