Moldovanın “Daçiya” klubu baş məşqçisi Viorel Frunze ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə Kişinyov təmsilçisi rəsmi məlumat yayıb. Klub rəhbərliyi 2023-cü ilin yayından komandanı çalışdıran 45 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və ona uğurlar arzulayıb.
Xatırladaq ki, Frunze daha əvvəl Moldovanın “Akademiya”, “Belts”, “Dinamo-Avto”, Rumıniyanın “Ştiintsa” və Latviyanın “Ventspils” klublarında fəaliyyət göstərib.
Qeyd edək ki, “Daçiya” hazırda Moldova superliqasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.