AZ

bp Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərlərinin operatorluğunun təhvili barədə açıqlama verib

Bakı. Trend:

Bakı–Supsa (WREP) və Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərlərininoperatorluğunun müvafiq dövlət orqanlarına təhvil verilməsi üçünzəruri tədbirlərin vaxtında planlaşdırılması məqsədilə müzakirələraparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq bp-dən bildirilib.

Boru kəmərlərinin idarə olunması üzrə müvafiq sazişlərə əsasənneft və qaz ixracı boru kəmərlərinin operatorluğu həmin sazişlərdəəvvəldən razılaşdırılmış müddətlərdə müvafiq hökumət və ya hökumətqurumlarına təhvil verilməsi əvvəlcədən nəzərdə tutulmuşdur. Məhzbu sazişlərə əsasən 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərininoperatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvilverilmişdi.

Yenə də həmin sazişlərə əsasən Qərb İxrac Boru Kəməri(Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərininoperatorluğunun əvvəldən razılaşdırılmış müddətdə Azərbaycan,Gürcüstan və Türkiyədə müvafiq qurumlara təhvil verilməsi nəzərdətutulur. Hazırda bu yönümdə lazımi işlərin vaxtındaplanlaşdırılması üçün müvafiq qurumlarla müzakirələr aparılır.

Qeyd edək ki, Bakı–Supsa kəməri nefti Xəzər dənizindənGürcüstanın Supsa terminalına çatdırır, BTC kəməri isə AÇGyatağından neft və “Şah Dəniz” yatağından kondensatı Azərbaycan,Gürcüstan və Türkiyə ərazilərindən keçirərək Ceyhan terminalınaçatdırır.

BTC kəməri 2006-cı ildən fəaliyyət göstərir və operatorubp-dir.

BTC-nin səhmdarları: bp (30.10%), SOCAR (32.97%), MOL (8.90%),TPAO (6.53%), Eni (5.00%), TotalEnergies (5.00%), ITOCHU (3.40%),ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) и INPEX (2.50%).

Seçilən
167
4
az.trend.az

10Mənbələr