AZ

Cəlilabadda silsilə oğurluq edən şəxs saxlanıldı

Cəlilabadda müxtəlif vaxtlarda mağazalardan oğurluq edən şəxs saxlanılıb.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonu ərazisində yerləşən mağazalardan silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, müxtəlif vaxtlarda gecə saatlarında 4 mağazadan nağd pul, tütün məmulatları və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 31 yaşlı Elməddin Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
103
7
nocomment.az

9Mənbələr