AZ

Hamilə qadın xəstəxanada vəfat edibVİDEO

Bakıda 21 yaşlı hamilə qadın vəfat edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada qeydə alınıb.

Qazax rayon sakini 21 yaşlı Lalə Süleymanova səhhətinin pisləşməsi səbəbindən əvvəlcə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb, daha sonra isə paytaxtdakı Respublika Klinik Xəstəxanasına yönləndirilib.

Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan hamilə qadının şikayəti bir neçə gündür davam edən öskürək və bədən temperaturunun yüksəlməsi olub.

Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinin müdiri Sevda Məmmədovanın sözlərinə görə, tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib. Xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
40
xezerxeber.az

1Mənbələr