Bildirilib ki, nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər – Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar:
“Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.
Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir”.