AZ

Su ilə bağlı bu fikir yanlış imiş

"“Gündə 3 litr su içmək lazımdır” qaydası populyar olsa da, elmi baxımdan hamı üçün keçərli bir norma deyil". Bunu Metbuat.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib. O bildirib ki, su ehtiyacı fərdidir və 3 əsas faktordan asılıdır: "İlk növbədə bədən çəkisi nəzərə alınmalıdır, Hər kilo üçün təxminən 30–35 ml su ehtiyacı var. Həmçinin istii havalarda tər çoxalır, su ehtiyacı artır. Soyuq havalarda isə əksinə, su ehtiyacı biraz azalır. Bundan başqa, idman edən, tərləyən birinin suya tələbatı gündə 1–1.5 L qədər arta bilər".Bəs, hamının gündə mütləq 3 litr su içməsi niyə düzgün deyil? Ekspert qeyd edib ki, aşağı bədən çəkisində bu, zərərli ola bilər:"Məsələn, 45–55 kq çəkisi olan bir qadın üçün 3 litr artıq yük yarada bilər. Böyrəklərə həddindən artıq yük düşə bilər. Həddindən artıq su natrium səviyyəsinin azalması, halsızlıq, başgicəllənmə ilə nəticələnir".F.Səfərov yetərincə su içdiyimizi necə anlayacağımızı da açıqlayıb:"Ən təhlükəsiz və dəqiq göstərici sidiyin rəngidir, rəngi açıq saman rəngi olmalıdır. Tünd sarı az içməyin, tam şəffaf isə bəlkə də həddindən artıq içməyin göstəricisidir. Eyni zamanda ağız quruluğu olmur, baş ağrısı azalır və enerji səviyyəsi stabil olur. Yəni "gündə 3 litr iç” qaydası hamı üçün elmi standart deyil. Su ehtiyacı fərdi olaraq hesablanmalıdır. Gündə 1.5–2.5 litr su bədən çəkisindən və şəraitdən asılı olaraq dəyişir".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
22
4
metbuat.az

5Mənbələr